Şirvan/Şəki Kolleksiyası

Şirvan-Şəki əlyazma kolleksiyası (kodu: SSK) Ağsu rayonu Gəgəli kəndində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin kitabxanasında saxlanılan əlyazmalardır. Bu əlyazma əsərləri Azərbaycanın Şirvan və Şəki bölgələrində müxtəlif şəxslərdən toplanılmışdır. Şirvan-Şəki əlyazma kolleksiyasına məxsus əlyazmalar əsasən türk, ərəb və fars dillərindədir. Əlyazmaların bir hissəsi Şirvan və Şəki bölgəsində yaşayan Məhəmməd Küngüti, Mahmud Küngüti, Seyid əl-İnam, Süleyman Qəmərli kimi yerli müəlliflər tərəfindən qələmə alınmışdır. Bəzi əlyazmalar isə Qütbəddin Razi, Bəhaəddin Məhəmməd bin Hüseyn Amili, Nəcməddin Əbülqasım Cəfər bin Həsən Said Hilli kimi orta əsr müəlliflərinin əsərləri olub, üzləri köçürülmüşdür.

share.in.social