Ruslan Məmmədov Kolleksiyası

Qəbələ rayonunun Duruca kəndində yaşayan ilahiyyatçı Ruslan Məmmədovun zəngin şəxsi əlyazma kolleksiyası (kodu: RMK) var. Bu kolleksiyadan layihəyə bir kitab cəlb edilmişdir. Kitabın içərisində Qarabağlı sufi Pir Məhəmmədin “Mənaqibnamə”si və xəlvətiliklə bağlı virdlər verilmişdir. 2020-ci ildə “Mənaqibnamə” əsəri transfoneliterasiya edilərək və sadələşdirilərək nəşr edilmişdir (Xəlilli, F. və Xəlilli, Ş. (2020). Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”si (araşdırma, sadələşdirmə və transfoneliterasiya). Bakı: Elm və təhsil). Ruslan Məmmədov şəxsi əlyazma muzeyinin fəaliyyətə başlamasından sonra ona məxsus bütün əlyazmaların elektron kataloqunun yaradılmasına icazə verəcəyini bildirmişdir.

share.in.social