Əhməd Cəfərzadə Kolleksiyası

Əhməd Cəfərzadə (1929-2000) folklor alimi olub, yazıçı Əzizə Cəfərzadənin qardaşıdır. Mütəxəssislər Əhməd Cəfərzadənin kolleksiyası (kodu: ƏCK) ilə yazıçı Turan İbrahimovun əsasını qoyduğu Əzizə Cəfərzadə Ev Arxivində tanış olmuşlar. Layihə üçün seçilən əlyazmalar içərisində Şirvan bölgəsində üzü köçürülən və Əhməd Cəfərzadə tərəfindən toplanan kitablar və ayrı-ayrı vərəqlər vardır. “Müsəlman qadını” əlyazması Fərid Vəcdinin ərəb dilində əsərindən Mehmet Akif tərəfindən türk dilinə tərcümə edilmiş mətnin sadə qələmlə müasir vərəqdə yazılmış əlyazmadır. Kolleksiyaya məxsus maraqlı əsərlərdən biri isə Osmanlı şairi Əhməd əfəndi Quddusinin türk dilində “Külliyyat”ı çap kitabıdır.

share.in.social